AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov: "Bu yolla dövlətimizə təzyiq göstərmək istəyənlərin arzusu ürəyində qalacaq"

  • + A
  • - A
  • 29-03-2023, 00:24

    Deputat Məşhur Məmmədov: "Bu yolla dövlətimizə təzyiq göstərmək istəyənlərin arzusu ürəyində qalacaq"

    Həmkarım Fazil Mustafanın başına gələn hadisədən dərin təəssüf hissi keçirdim. Fazil Mustafaya şəfa arzulayıram, "keçmiş olsun!" - deyirəm.

    Azadmedia.az xəbər verir ki, bu sözləri millət vəkili Məşhur Məmmədov həmkarının güllələnməsinə münasibət bildirərkən deyib.
    "Aydın məsələdir ki, bu hadisənin sifarişçilərinin məqsədi dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə qorxu yaratmaq istəyidir. Bu yolla dövlətimizə təzyiq göstərmək istəyənlərin arzusu ürəyində qalacaq. Azərbaycan güclü dövlətdir. Təhlükəsizliyi etibarlı əllərdədir. Ordu-dövlət-xalq birliyini məkrli qonşular Vətən Müharibəsi zamanı görüb. Dövlət-Xalq Birliyi olan dövlətin sütunları sarsılmaz!" - deyən M.Məmmədov xalqımızı səbrli, təmkinli, tədbirli olmağa, məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi qorumağa, dövlətimizin yanında olmağa çağırıb
    Tanrı Dövlətimizi, millətimizi qorusun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR