Bakı, 29 mart — Azadmedia.az
Ukrayna ordusunun bu yaz uğurlu əks-hücuma keçmək üçün şansları var.
Belə ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin deyib.
Ostin bildirib ki, Baxmut ətrafında ağır döyüşlərə baxmayaraq, Ukrayna ordusu Rusiya işğalçıları qarşısında böyük üstünlüyə malikdir.
Pentaqon rəhbəri rusların bu müharibədə xeyli itki verdiyini də vurğulayıb:
“Manevr şərtlərinin yaxşılaşdığı yaz aylarında döyüşlərin intensivləşəcəyi gözlənilir. Düşünürəm ki, Ukraynanın uğur qazanmaq şansı çox yüksək olacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.