AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcək

  • + A
  • - A
  • 30-03-2023, 10:48

    Siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcək

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət edir.
    Prezident İlham Əliyevin söylədiyi kimi, bizim hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal dialoqa ehtiyacımız var. Bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir. Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu gün bu siyasi dialoq aparılır. Bu çox təqdirəlayiqdir və ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.
    Məlum olduğu kimi, Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, dövlətlər siyasi partiyaların münasibətlərini yeni müstəviyə daşıyan, müasir çağırışlara cavab verən hüquqi-normativ aktın bazası daha da təkmilləşdirildi.
    Siyasi partiyalar haqqında” yeni qanun siyasi partiyalara yeni imkanlar yaradır. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.
    Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi proseslərin düzgün tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
    Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir.
    Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa edərək açıq rəqabətə hazır olmadıqlarını sübut etdilər və rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlar verdilər.
    Müxalifətin əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir.
    Radikalların qərəzli siyasi ritorikası məhz iqtidarın əldə etdiyi uğurlarının gözdən salınmasına niyyətlənib. Bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir.
    Dialoqu inkar edən radikalların tək istəyi gərəksiz küçə etirazlarıdır. Bu cür yanaşma peşəkar və demokratik sayıla bilməz.
    Siyasi partiyalar haqqında yeni Qanun xarici qüvvələrin maraqlarına xidmət edən radikalların qara kabusudur.
    İnanırıq ki, yeni Qanun cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR