AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komitə sədri: "Azərbaycan tolerantlıq baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır"

  • + A
  • - A
  • 30-03-2023, 20:35

    Komitə sədri: "Azərbaycan tolerantlıq baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır"

    Azərbaycan tolerantlıq baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Azadmedia.az xəbər verir ki bu sözləri martın 30-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası zamanı Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli bildirib. Komitə sədri diqqətə çatdırıb ki, iclas “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusuna həsr olunub.
    Fəzail İbrahimli çıxışında bildirib ki, sovet dövründə dinə qarşı böyük basqılar müşahidə edilib. Lakin müstəqillik əldə ediləndən sonra bütün çətinliklər aradan qaldırılıb, Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də xeyli dəyişikliklər baş verib, əhəmiyyətli addımlar atılıb, böyük uğurlar əldə edilib. O, diqqətə çatdırıb ki, müstəqillik illərində ölkəmizdə dövlət-din münasibətlərini tənzimləyən qanunlar qəbul olunub, Konstitusiyamızda dini etiqad azadlığı ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Eyni zamanda, cəmiyyətdə fərdlərlə, dini icmalarla dövlət arasındakı münasibətləri tənzimləyən “Dini etiqad azadlığı” haqqında qanun qəbul edilib. Sənəddə ölkəmizdə bütün dini icmaların bərabər hüquqlu fəaliyyət göstərməsi ilə bağlı məsələlər təsbit olunur.
    Komitə sədri qeyd edib ki, Azərbaycan tolerantlıq baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Ölkəmizdə dini icmaların azad fəaliyyətinə lazımi şərait yaradılıb. Müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban dostluq şəraitində yaşayır. O, bu gün Azərbaycanda dini plüralizm mühitinin mövcud olduğunu deyib, ölkəmizin İslam həmrəyliyinə öz layiqli töhfəsini verdiyini, milli-mənəvi dəyərlərə sadiq olduğunu söyləyib. Fəzail İbrahimli bildirib ki, artıq Azərbaycan iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilib və dünyada, həmçinin regionda öz mövqeyini möhkəmləndirərək etibarlı tərəfdaşa çevrilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR