Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin lideri Yasir Ərəfatın muzeyində olub.
Azadmedia.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkədəki rəsmi səhifəsində bildirilir.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Yasir Ərəfat muzeyində olub, Fələstin xalqının tarixi lideri Yasir Ərəfatın irsi ilə Fələstin milli hərəkatını əks etdirən sərgilərlə tanış olub”, - deyə nəşrdə bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.