Milli Məclis İran parlamentinə cavab bəyanatı hazırlayıb.
Bəyanat mətninin layihəsini deputat Kamran Bayramov parlament üzvlərinin diqqətinə çatdırıb.
Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
Bəyanatda deyilir ki, Milli Məclis İran parlamentinin aprelin 5-də Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsini ölkəmizin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir:
“Azərbaycana qarşı açıq hörmətsizliyin bariz nümunəsi olan bu bəyanat İranın növbəti siyasi təxribatıdır”.
***11:23
Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bəyanatın hazırlanması üçün komissiyanın yaradılması təklif edib.
Komissiyanın sədri MM sədrinin müavini Fəzail İbrahimli təyin olunub. Deputatlar Zahid Oruc, Cavanşir Paşazadə, Rafael Hüseynov, Afət Həsənova, Kamran Bayramov isə komissiyanın üzvləri olub.
Sahibə Qafarova bəyanat mətninin hazırlanması üçün tapşırıq verib. İclasın davamında bəyanat mətni səsləndiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.