AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2018-ci ilin Prezident seçkiləri: Azərbaycanı böyük nailiyyətlərə aparan yol

  • + A
  • - A
  • 9-04-2023, 18:17

    2018-ci ilin Prezident seçkiləri:  Azərbaycanı böyük  nailiyyətlərə aparan yol

    Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilməsi və seçicilərin mütləq əksəriyyətinin, yəni 86,02 % səslərinin qazanması bir daha əyani formada təsdiq etdi ki, Azərbaycan xalqı siyasi sabitliyə, iqtisadi inkişafa, sosial sahədə davamlı islahatların həyata keçirilməsinə tərəfdar çıxmışdır. Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74,3 % iştirak etmişdir və bu prosess səffaf, azad, demokratik şəraitdə keçirilərək müəyyən edilmiş beynəlxalq standartlara cavab vermişdir.
    Andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev qeyd etmişdir ki, “növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
    Prezident seçkilərindən keçən dövr ərzində ölkəmizin bütün sahələrində məqsədyönlü islahatların aparılması nəticəsində ciddi nəticələr əldə edilmişdir. Fundamental uğurlar sırasında başlıca yeri 30 ilə yaxın bir müddətdə davam etmiş işğaldan torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi tutur.
    44 günlük Vətən müharibəsinin nəticəsində qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti və beynəlxalq hüququ döyüş meydanında bərpa etmişdir.
    Möhtəşəm qələbəmiz nəticəsində Cənubi Qafqaz regionunda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar formalaşıb və Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, ölkəmiz burada yaşayan bütün xalqların maraqlarına cavab verən beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
    Zəfər çalan dövlət, sarsılmaz beynəlxalq nüfuz, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli, davamlı xarakter daşıyır və ölkəmizin dünya dövlətlərinin birliyində özünəməxsus yerinin tutmasına xidmət edir.
    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR