AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ASİAD Başqan yardımçısı Deniz Dinçer “31 Mart Soyqırımı”nın ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi - ÖZƏL

  • + A
  • - A
  • 31-03-2023, 21:31

    ASİAD Başqan yardımçısı Deniz Dinçer “31 Mart Soyqırımı”nın ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi -


    ASİAD Başqan Yardımcısı, BABİAD Başqanı,
    İş adamı Deniz Dinçer



    Deniz Dinçer “31 Mart Soyqırımı”nın ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verdi.


    Azadmedia.az-a açıqlamasında
    Anadolu Birləşdirici və Sənayeçi İş Adamları dərnəyi (ASİAD) Genel başqan yardımçısı ve BABİAD Başqanı Deniz Dinçer, “31 Mart Soyqırımı”nın ildönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı verib.


    ASİAD Genel başqan yardımçısı Deniz Dinçer bildirib ki,

    “Qardaş ölkə Azərbaycanın tarixində bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar ilə dolu səhifələr də yazılıb. Bəli, bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə davamlı olaraq cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.
    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra azərbaycan xalqının tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Qeyd edim ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına görə təkcə qardaş Azərbaycan tarixində deyil, eyni zamanda, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
    Bununla əlaqədar olaraq qardaş ölkəyə baş sağlığı verirəm. Allah ölənlərə rəhmət eləsin!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR