BAKI, 26 fevral - Azadmedia.az.
“Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.”
Anadolu Birləşdirici və Sənayeçi İş Adamları dərnəyi (ASİAD) Genel başqan yardımçısı ve BABİAD Başqanı Deniz Dinçer, Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına baş sağlığı verib.
ASİAD Genel başqan yardımçısı Deniz Dinçer bildirib ki,
“Tarixin ən dəhşətli qətliamı olan Xocalı soyqırımının törədilməsindən 31 il ötür. Əsir düşən azərbaycanlı qardaşlarımızdan bu günə kimi heç bir xəbər yoxdur. İllər keçsə də unudulmayıb və unudulmayacaqdır. Azərbaycan xalqının kədərinə, dərdinə şərikik. Bu qeyri-insani qırğında həyatını itirən şəhidlərimizə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm.”
Ülkər Piriyeva