Bakı, 24 aprel — Azadmedia.azÜmummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən aparıcı teatrların bölgələrə qastrol səfərləri həyata keçirilir.
Layihə çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrı aprelin 24-də İsmayıllı şəhərinə səfər edib.
Pantomimçilər İsmayıllı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən biri olan “Pantomim buketi”ni numayiş edibər.
Peşəkar pantomimçilərin ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa teatrsevərlərin alqışları ilə qarşılanıb.
İsmayıllı rayon rəhbərliyi "Heydər Əliyev İli" çərçivəsində onların qonağı olan Dövlət Pantomim Teatrının kollektivinə təşəkkür edib, teatrın bu gəlişinin İsmayıllı teatrsevənləri üçün əsl bayrama çevrildiyini vurğulayıb.
Xatırladaq ki, ölkədaxili qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatı fəallaşdırılmaq, gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə təkan vermək, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.