AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın Ukraynaya təcavüzü “COVID-19 pandemiyasının səbəb olduğu qlobal iqtisadi sarsıntıları” daha da ağırlaşdırdı - BMT Baş katibi

  • + A
  • - A
  • 25-04-2023, 08:52


    Rusiyanın Ukraynaya təcavüzü “COVID-19 pandemiyasının səbəb olduğu qlobal iqtisadi sarsıntıları” daha da ağırlaşdırdı -


    BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının iclasında Rusiyanın Ukraynaya təcavüzünün “Ukrayna və onun xalqına böyük iztirab və dağıntılar gətirdiyini” və “COVID-19 pandemiyasının səbəb olduğu qlobal iqtisadi sarsıntıları” daha da ağırlaşdırdığını bildirib.

    Belə ki, “Böyük güclər arasında gərginlik tarixi baxımdan yüksək həddədir. Yanlış hərəkətlər və yanlış hesablama nəticəsində münaqişə riskləri də belədir,” Quterreş bildirib.

    Həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrov Şuraya dünyanın indi hətta Soyuq müharibə dövründə olduğundan daha təhlükəli vəziyyətdə olduğu ilə bağlı xəbərdarlıq edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR