Avropa İttifaqı mayın ikinci yarısından tez olmayaraq Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim edəcək.
Belə ki xarici KİV-in məlumatına görə, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.
Həmçinin nazir, "təbii ki, bütün bunlar müzakirə mərhələsindədir. Bəzi dövlətlər orada nəyin yer almasını dilə gətirirlər. Məsələn, almaza qarşı sanksiyalar. Ona görə də hesab edirəm ki, məsələ mayın ikinci yarısından tez başa çatmayacaq. Bundan tez nəsə gözləmək mümkün deyil”, - deyə bildirib.
Qeyd edək ki, Polşalı diplomat vurğulayıb ki, o, Rusiya ədliyyə sisteminin nümayəndələrinə və ukraynalı uşaqların oğurlanmasına görə məsuliyyət daşıyanlara qarşı şəxsi sanksiyaların tətbiqini də gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.