Avropa İttifaqı Ukrayna üçün növbəti yardım paketini elan edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.
Belə ki, o, “İllik makromaliyyə yardımı paketi çərçivəsində bu gün biz Ukraynaya daha 1,5 milyard avro təqdim edirik”, - deyə bildirib.
“Ukraynaya Rusiyanın təcavüzünə müqavimət göstərməyə, ölkənin institutlarını və infrastrukturunu işlək vəziyyətdə saxlamağa və mühüm islahatlar aparmağa kömək etməyə davam edəcəyik”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.