Polşa B9 (Buxarest Doqquzluğu) ölkələrinin müdafiə nazirlərinin iclasına ev sahibliyi edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, aprelin 26-da Varşavada Polşa müdafiə naziri Mariuş Blaşzak Rumıniyanın müdafiə naziri ilə birlikdə B9 müdafiə nazirlərinin iclasına sədrlik edəcək.
Qeyd olunub ki, nazirlər Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda beynəlxalq təhlükəsizliyi, həmçinin beynəlxalq ictimaiyyətin, o cümlədən NATO və Aİ-nin Ukraynaya dəstəyini müzakirə edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.