26-27 aprel tarixlərində Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Belə ki, görüşdə xarici işlər nazirləri 2023-cü ilin mayında Sian şəhərində keçirilməsi planlaşdırılan “Mərkəzi Asiya – Çin” Dövlət Başçılarının Birinci Sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.
Bundan əlavə, nazirlər müxtəlif sahələrdə altıtərəfli əməkdaşlığın perspektivlərini, nəqliyyat və logistika infrastrukturu sahəsində əlaqələrin gücləndirilməsi, Mərkəzi Asiya ölkələrindən Çinə kənd təsərrüfatı məhsullarının ixracının artırılması, elektron ticarətin inkişafı kimi məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinə xüsusi diqqət yetirələcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.