Böyük Britaniya Ukraynaya "Challenger 2" tankları üçün bir neçə min mərmi təhvil verib.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Ceyms Hippi bildirib.
Belə ki, bu mərmilərin bəzilərində tükənmiş uran var. Söhbət zirehdeşici mərmilərdən gedir.
Həmçinin Hippi əlavə edib ki, təhlükəsizlik səbəbi ilə Ukraynanın çatdırılan mərmilərdən istifadə edib-etməməsi barədə məlumat verməyəcək.
Qeyd edək ki, "Challenger 2" Britaniya Ordusunun əsas döyüş tankıdır, 1994-2009-cu illərdə istehsal edilib. Sursat yükü 52 mərmidir. Ümumilikdə bugünə qədər Britaniya sənayesi bu modeldə 400-dən çox tank istehsal edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.