Çernobıl Atom Elektrik Stansiyasının işçiləri davam edən müharibə və nüvə təhlükələri fonunda 26 apreldə dünyanın ən dəhşətli nüvə fəlakətinin 37-ci ildönümünü qeyd edib, qurbanların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub.
Azadmedia.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə şəraitində Ukraynada yeni atom fəlakətinin potensial təhlükəsi ilə bağlı xəbərdarlıqlarını təkrarlamaq üçün bu gündən istifadə edərək, 1986-cı ildə Çernobıl qəzası ilə Ukraynanın tammiqyaslı işğalından Moskvanın radiasiya ilə çirklənmiş stansiyanı qısa müddətə ələ keçirməsi arasında paralel gətirib.
Qeyd edək ki, Ukrayna prezidenti "Keçən il işğalçı nəinki (Çernobıl) AES-i ələ keçirdi, həm də bütün dünyanı yenidən təhlükə qarşısında qoydu", - deyə Telegram-da yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.