AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ “vətəndaşlarının qeyri-qanuni saxlanılmasına” görə sanksiyalar tətbiq etdi - Administrasiya rəsmisi

  • + A
  • - A
  • 28-04-2023, 03:03

    ABŞ “vətəndaşlarının qeyri-qanuni saxlanılmasına” görə sanksiyalar tətbiq etdi -


    ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyatına qarşı “Amerika vətəndaşlarının qeyri-qanuni saxlanılmasına” görə sanksiyalar tətbiq edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksəkrütbəli nümayəndəsi hakimiyyətin bu qərarına həsr olunmuş jurnalistlər üçün xüsusi brifinqdə bildirib.

    Belə ki, Administrasiya rəsmisinin sözlərinə görə, sanksiyaların birinci paketi ABŞ Prezidenti Cozef Baydenin “Rusiya və İranda amerikalıları əvvəllər və ya hazırda girov tutan və ya haqsız yerə saxlayan qurumlara” qarşı sərəncamı əsasında tətbiq edilir.

    Qeyd edək ki, o bu “subyektlərin” Amerika vətəndaşlarından “siyasi rıçaq və ya ABŞ-dən güzəşt əldə etmək üçün” istifadə etməyə çalışdıqlarını vurğulayıb. Belə ki, onun fikrincə, bu cür hərəkətlər beynəlxalq siyasi sistemin sabitliyi və bütövlüyünə, həmçinin xaricdəki amerikalıların təhlükəsizliyinə təhdid olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR