Kiyevin planlaşdırdığı əks-hücum əməliyyatı ərəfəsində alman təlimatçıları Ukrayna qoşunlarına təlimlər keçir.
Belə ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Qeyd edək ki, təlimlər Almaniya ərazisində aparılır. Ukrayna hərbçiləri yaşayış məntəqələrində döyüş təlimi keçirlər. Eləcə də alman hərbi bazalarında “Leopard 2” tankları və “Panzerhaubitze 2000” özüyeriyən artilleriya sistemlərinin idarəetməsi öyrədilir.
Bildirilib ki, alman bazalarında ümumilikdə 1000-dən çox ukraynalı hərbçi təlim keçir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.