Varşava hakimiyyəti Rusiyanın Polşadakı səfirliyinin nəzdindəki orta məktəbin binasını müsadirə edib.
Bu barədə Polşa mətbuatı xəbər verir.
Belə ki, İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqı 1936-cı ildə tikilmiş binaları milliləşdirib, SSRİ dağılandan sonra isə bina Rusiya səfirliyinin nəzdində olub. Bütün bu müddət ərzində tikilidə Rusiya diplomatlarının uşaqları üçün orta məktəb fəaliyyət göstərib.
2010-cu ildə Varşava hakimiyyəti müqaviləni ləğv edib və hökumət o vaxtdan bəri binanı dövlət mülkiyyətinə qaytarmağa çalışıb. Cari ilin aprelin 29-da məhkəmənin çıxardığı qərara əsasən, onlar binanı tərk etməli idilər, lakin ruslar Polşa rəsmilərini əraziyə daxil olmasına icazə vermirdi.
“İki binanın yerləşdiyi əraziyə daxil olmaq üçün güc tətbiq etməli olduq. Əvvəlcə Rusiya tərəfi qapıları açmaqdan imtina etdi. Daha sonra çağırdığımız çilingər alətlərin köməyi ilə qapını açdı” - Varşava merinin müavini Tomaş Bratek bildirib.
Bundan sonra rusiyalı diplomatlar açarları Varşava hakimiyyətinə veriblər. İndi binanın tədris məqsədləri üçün istifadə edilməsi planlaşdırılır.Report
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.