Bu gün Özbəkistanda konstitusiya mətninə dəyişiklik edilməsi ilə bağlı referendum keçirilir.
Belə ki, artıq parlamentin hər iki palatası və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmiş əsas qanunun mətnində maddələrin sayının 128-dən 155-ə, konstitusiya normalarının isə 275-dən 434-ə çatdırılması nəzərdə tutulur. Ümumilikdə əsas qanunun 65% yenilənməsi təklif edilir.
Qeyd edək ki, Konstitusiya referendumu prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilib. 2021-ci ilin dekabrında o, əsas qanuna dəyişiklik etməyi və bunun üçün ümumxalq referendumunun keçirilməsini təklif edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.