Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) bütün respublika üzrə başa çatıb.
Belə ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.
Ümumilikdə Özbəkistanda saat 8:00-dan 20:00-a qədər (Bakı vaxtı ilə saat 7:00-dan 19:00-a qədər) 10,7 mindən çox seçki məntəqəsi açılıb. Bundan əlavə, Özbəkistanın 39 xarici ölkədəki diplomatik və digər nümayəndəliklərində 55 seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, saat 17:00-a (Bakı vaxtı ilə 16:00) referendumda seçici fəallığı 81,39% təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.