İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Əlirza Cahangirini Xəzər dənizi məsələləri üzrə nazirin xüsusi köməkçisi vəzifəsinə təyin edib.
Azadmedia.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Əlirza Cahangiri bundan əvvəl İranın Niderlanddakı səfiri, İranın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatdakı daimi nümayəndəsi və Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq Məsələləri üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.