Son vaxtlarda həyata keçirilən unikal aviasiya məhsulları Cümhuriyyətin 100 illik yubileyində ictimaiyyətə təqdim olunacaq.
Azadmedia.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin son dövrlərdə həyata keçirdiyi və mühüm mərhələləri geridə qoyan milli layihələr üçün möhtəşəm təqdimat keçiriləcək.
Belə ki, bugün Türkiyə Aerokosmik Sənayesinin Kahramankazanda yerləşən kampusunda Türkiyə aviasiya sənayesi üçün tarixi bir günə imza atılacaq.
Qeyd edək ki, Türkiyəli mühəndis və texniki işçilərinin bir müddətdir üzərində çalışdıqları təyyarə, vertolyot və pilotsuz döyüş təyyarəsi layihələri “Gələcək Əsrin lansmanı” proqramı ilə ictimaiyyətə təqdim olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.