Moskva Baxmutun işğalı üçün mayın 9-nu son tarix olaraq təyin edib.
Belə ki, bu barədə RBK hakimiyyətdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, versiyalardan biri Rusiya Prezidenti Vladimir Putinin bu qələbə notası ilə müharibənin başa çatdığını elan edəcəyidir:
“Əgər Rusiya Silahlı Qüvvələrin gəlişindən əvvəl müharibənin bitdiyini elan edərsə, risk var ki, dünya liderləri Kiyevi hərbi əməliyyat yerinə danışıqlara başlamaq üçün razı salsın. Bundan əlavə, Ukraynanın maraqlarına uyğun olmayan sülhü müdafiə edən siyasətçilər az deyil.
Həmçinin, Kreml əgər müharibəni bitirdiyini bəyan edib danışıqlar aparmaq istəsə, sülhməramlıların dairəsi daha da genişlənəcək. Məhz buna görə Ukraynanın vəzifəsi Baxmutun müdafiəsini saxlamaq və heç olmasa hücumumuz başlayana qədər Moskvaya qələbə verməməkdir”.axaraz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.