Türkiyənin əsas raket istehsalı ilə məşğul olan “Roketsan” şirkəti sualtı qayıqdan “Atmaca” gəmi əleyhinə qanadlı raketini buraxmağa hazırlaşır.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Belə ki, şirkətin baş direktoru Mirad İkinci bildirib ki, “Atmaca”nın xüsusilə Asiya-Sakit okean regionunda güclü ixrac tələbatı var:
“Əslində “Atmaca”nın özü yeganə raket deyil. Bu raket digər qanadlı raketlər üçün əsas olacaq platformadır. Hazırda Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən gəmi əleyhinə raket kimi istifadə olunur.
Qeyd edək ki, bu, Türkiyənin ilk milli gəmi əleyhinə raketidir. Maksimum uçuş məsafəsi 250+ kilometr olan “Atmaca” raketi aktiv radar axtarıcıya sahibdir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.