AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ASELSAN-ın rüblük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 90% artıb - 2023-cü ilin I rübü

  • + A
  • - A
  • 1-05-2023, 17:46

    ASELSAN-ın rüblük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 90% artıb -


    ASELSAN-ın rüblük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 90% artaraq 8,3 milyard TL-yə çatıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə ASELSAN-ın 2023-cü ilin birinci rübünün maliyyə nəticələri ilə bağlı hesabatında bildirilib.

    Belə ki, ASELSAN investisiyaları ilə davamlı böyüməsini davam etdirib.

    Həmçinin hər rübdə böyüyən ASELSAN 2023-cü ilin birinci rübündə də böyüməsini davam etdirib. ASELSAN-ın Faiz, Qiymətsizləşdirmə və Vergidən Əvvəlki Mənfəəti (FAVÖK) 1,9 milyard TL olub.

    Qeyd edək ki, şirkətin xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34% artaraq 2,3 milyard TL-yə çatıb. Güclü kapital strukturunu qorumağa davam edən ASELSAN-ın kapitalın aktivə nisbəti 55% təşkil edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR