Tezliklə Sudanda qaçqınların sayı 800 mini ötəcək.
Belə ki, bu proqnozu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının köməkçisi Rauf Mazu bildirib.
Həmçinin onun sözlərinə görə, qaçqınlar sərhədyanı 7 ölkəyə mühacir edəcək.
“Bu proses tez bir zamanda həll olunmasa insanlar ölkəni daha sürətli şəkildə tərk edəcək. Biz bu mənzərəyə sadəcə şahidlik edəcəyik”, - deyə BMT rəsmisi bildirib.
Qeyd edək ki, Rauf Mazun sözlərinə görə, artıq 73 min insan Sudanı tərk edərək qonşu ölkələrə - Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, Eritreya, Efiopiya və Cənubi Sudana gedib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.