“F-16 təyyarələrinin Ukraynaya tədarükü zaman məsələsidir”.
Azadmedia.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yerli “1 plus 1” telekanalına müsahibəsində deyib.
Kuleba əmin olduğunu bildirib ki, F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı vəziyyət Ukrayna üçün digər silahların da əldə olunması kimi olacaq və bu, bir zaman məsələsidir.
Nazir həmçinin qeyd edib ki, təyyarələrin verilməsi ABŞ-ın qərarından və Ukraynanın əks-hücum əməliyyatlarının nəticələrindən asılı olacaq.
“Əgər F-16 təyyarələri bizə indiyə qədər tədarük edilsəydi, əks-hücumumuz daha sürətli olardı, həmçinin raket zərbələrindən əziyyət çəkən daha çox əsgər və mülki vətəndaşın həyatını xilas edə bilərdik”, - Kuleba vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.