Böyük Britaniya mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək kral III Çarlzın tacqoyma mərasiminə Rusiya, Belarus, Əfqanıstan, Venesuela, İran və Suriya nümayəndələrini dəvət etməyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Həmçinin tədbirə Şimali Koreya və Nikaraquadan isə yüksək rütbəli diplomatlar dəvət edilib.
Qeyd edək ki, mərasimə Birləşmiş Krallığın diplomatik əlaqələri olan bütün dövlətlərin başçıları, həmçinin III Çarlzın monarxı olduğu ölkələrin və Britaniyanın dənizaşırı ərazilərinin rəhbərləri dəvət edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.