Polşada “Anakonda-23” hərbi təlimləri başlayıb.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat yayıb.
Belə ki, Rusiya ilə sərhəddə keçirilən hazırlıqlar mayın 26-dək davam edəcək.
Manevrlərdə Polşa ordusunun 12 min hərbçisi iştirak edir.
Bundan başqa, NATO ölkələrindən olan yüzlərlə hərbçi də hazırlıqlara qatılıb.
Qeyd edək ki, təlimlərdə Polşa ilə yanaşı ABŞ, Rumıniya, Sloveniya, İsveç, Fransa, Litva, Latviya, Estoniya və Türkiyə iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.