Rusiya hökuməti regional uçuşlar həyata keçirən aviaşirkətlərə dövlət dəstəyini azaltdığı üçün daşıyıcılar əvvəlcədən planlaşdırılmış reysləri təxirə salmalı olublar.
Azadmedia.az xəbər verir ki, bu barədə TASS mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, dövlət tərəfindən ayrılan subsidilar kəskin azaldılıb. Belə ki, ayrılan subsidiyalar 9 milyard rubldan 1.5-1.4 milyard rubla düşüb.
Həmçinin proqrama daxil olmayan marşrutların əksəriyyəti Omsk və Tümen vilayətləri, Tatarıstan, Sankt-Peterburq, Dağıstan və Şimali Osetiya istiqamətlərində həyata keçirilən reyslərdir.
Qeyd edək ki, dəstəyin azalması dövlət büdcəsi xərclərinin sekvestrləşdirilməsi hesabına baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.