İran və Suriya prezidentləri iki müttəfiq dövlət arasında iqtisadi əlaqələri gücləndirmək məqsədi ilə çərşənbə günü neft və digər sektorlar üzrə bir sıra uzunmüddətli əməkdaşlıq sazişləri imzalayıb.
Belə ki, İranın böyük iqtisadi və siyasi nümayəndə heyətinə başçılıq edən İbrahim Rəisi müharibədən əziyyət çəkən ölkəyə iki günlük səfəri zamanı həmkarı Bəşar Əsədlə görüşüb. Bu, İran prezidentinin 2010-cu ildən bəri Dəməşqə ilk səfəri olub.
Həmçinin Tehran 2011-ci ildəki üsyan tam vətəndaş müharibəsinə çevriləndən bəri Əsəd hökumətinin əsas dəstəkçisi olub və münaqişənin onun xeyrinə çevrilməsində mühüm rol oynayıb.
Bundan əlavə, İran Əsədin tərəfində döyüşmək üçün Suriyaya çox sayda hərbi müşavir və Yaxın Şərqdən minlərlə döyüşçü göndərib. Tehran, həmçinin milyardlarla dollar dəyərində yanacaq və kredit göndərərək, Əsədə iqtisadi yardımda əsas rol oynayıb.
Qeyd edək ki, Suriya hökumət qüvvələri son illərdə iki əsas müttəfiqinin - Rusiya və İranın köməyi ilə ölkənin böyük hissəsinə nəzarəti bərpa edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.