ABŞ prezidenti Co Bayden hərəkətləri Sudanda vəziyyətin sabitliyinin pozulmasına səbəb olan şəxslərə Vaşinqtonun məhdudiyyətlər tətbiqini təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Amerika liderinin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.
Belə ki, o bildirib ki, “Bu gün mən Sudanda sülhü, təhlükəsizliyi və sabitliyi təhdid edən, Sudanda demokratik transformasiyaya zərbə vuran, zorakılığa əl atan şəxslərə qarşı sanksiyalar tətbiq etdim”.
Qeyd edək ki, fərmanın mətnində Sudanda korrupsiyada, eləcə də BMT əməkdaşlarına qarşı hərəkətlərdə əli olan şəxslər qara siyahıya düşə bilər, - deyə vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.