İranda təlimdən qayıdan hərbçilər qəzaya düşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə İran agentliyi məlumat yayıb.
Belə ki, Xuzistan vilayətinin Ramhörmüz rayonu yolunda “Samand” markalı avtomobil idarəetməni itirərək aşıb. Avtomobil aşdıqdan dərhal sonra yanmağa başlayıb. Avtomobildə olan 5 nəfər ölüb. Ölənlərin 4-ü hərbçi olub.
Qeyd edək ki, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.