Kremlə edilən PUA hücumunun təşkilatçılarına cavab verəcəyik. Lakin cavab hücumu bu gün, ya da sabah olmayacaq.
Azadmedia.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.
Kadırov bildirib ki, “Dron hücumu təxribat idi, yəni daha kütləvi cavablar üçün məcburiyyət idi. Məsələn, Ukrayna şəhərlərinin kütləvi bombalanmasına səbəb olmalı idi. Təxribat xüsusi hərbi əməliyyatın planlaşdırılan kursunun ssenarisini dəyişməməlidir və dəyişməyəcək. Bəli, bu, prezidentə, yəni dövlətə və nəticədə Rusiyanın bütün xalqına qarşı hücum idi. Amma bu bizim düşünülmüş planlarımıza və maraqlarımıza təsir etməməlidir. Təbii ki, qisas da olacaq. Həm də cərrahi və zərgərlik dəqiqliyi olacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.