AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Rusiyanın hipersəs raketini vurdu - SON DƏQİQƏ

  • + A
  • - A
  • 5-05-2023, 15:10

    Ukrayna Rusiyanın hipersəs raketini vurdu -


    Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq mayın 4-də saat 02:40 radələrində Kiyev səmasında Rusiyanın hipersəs X-47 “Xəncər” raketini vurub.

    Azadmedia.az xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.

    Kiyevə uçan X-47 “Xəncər” raketinin qalıqlarının görüntüləri əldə edilib.

    Döyüş başlığı olmayan raketin qalıqları paytaxt daxilindəki stadiona düşüb.

    Raketin ABŞ-ın Ukraynaya verdiyi "Patriot" hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilir.

    Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR