Danimarka ilk “Leopard 1A5” tanklarını tezliklə Ukraynaya göndərəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Danimarka müdafiə nazirinin müavini Troels Lund Poulsen bildirib.
Belə ki, o, “Danimarka müharibə başlayandan bəri ən fəal donorlar sırasındadır və mən məmnunam ki, danimarkalıların belə böyük əksəriyyəti Ukraynaya hərbi və humanitar yardımı dəstəkləyir” - deyə bildirib.
Qeyd edək ki, fevralın əvvəlində Danimarka Niderland və Almaniya ilə birlikdə çoxlu sayda “Leopard 1A5” tanklarının təmiri layihəsinə başlayıb. Layihənin ilk mərhələsi kimi yaxın aylarda 80-ə yaxın tankın Ukraynaya çatdırılması planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.