AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Suriyada hava limanları bərpa ediləcək” - İRAN

  • + A
  • - A
  • 8-05-2023, 07:51


    “Suriyada hava limanları bərpa ediləcək” -


    İran hökuməti Suriyada hava limanlarını bərpa edəcək.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı iki ölkənin mülki aviasiya təşkilatları arasında saziş imzalanıb.

    Belə ki, "Standartlar, təlim və təmir, eləcə də aviasiya xidmət mərkəzləri ilə bağlı məsələlər barədə razılıq əldə olunub. İran birgə işçi qrupun köməyi ilə Suriya hava limanlarını, o cümlədən Dəməşq hava limanını yenidən tikməyə və avadanlıqların quraşdırılmasına hazır olduğunu bəyan edib. Aviasiya sahəsində suriyalı mütəxəssislərin hazırlanması məsələsi üzrə də saziş imzalanıb”, - deyə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədibəxş deyib.

    Qeyd edib ki, bu saziş İran və Suriya arasında yeni münasibətlər səhifəsi aça bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR