Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11 il 5 ay müddətinə qanunsuz həbs cəzası verilib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Aqşin Bəbirov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunub.
Bildirilib ki, əsirlikdə olan digər hərbçi Hüseyn Axundovla bağlı istintaq tədbirləri davam edir.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Modern.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.