ABŞ Ukraynaya ümumi dəyəri 1,2 milyard dollar olan yeni hərbi yardım paketi təqdim edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında dərc olunmuş məlumatda deyilib.
Qeyd edək ki, Kiyev üçün yeni hərbi yardım paketinin siyahısına əlavə hava hücumundan müdafiə vasitələri, döyüş sursatları, raketlər və radarların Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıqlar, PUA-lara qarşı döyüş sursatları, həmçinin 155 mm-lik artilleriya mərmiləri və s. daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.