NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Yaponiyada ofis açmaq planlarını təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, Stoltenberq bu barədə bu gün CNN telekanalına müsahibəsində bildirib.
Belə ki, baş katib vurğulayıb ki, təhlükəsizlik məsələsi qlobal xarakter alıb.
Həmçinin “Bəli, biz Tokioda NATO ofisinin açılmasını Yaponiya hökuməti ilə müzakirə edirik. NATO-nun tərəfdaş ölkələrdə bir neçə ofisi var və Yaponiya alyans üçün çox yaxın və vacib tərəfdaşdır”, - deyə Stoltenberq bildirib.
Qeyd edək ki, “Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir. Pekin Ukraynadakı hadisələri diqqətlə izləyir”, - deyə o əlavə edib.
Xatırladaq ki, bir müddət öncə Yaponiyanın “Nihon Keizai Shimbun“ (Nikkei) nəşri ölkədə NATO ofisinin açılması ilə bağlı aparılan danışıqlar barədə məlumat yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.