“Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson telekanala müharibə elan etməyə hazırlaşır.
Karlson Prezident Co Baydenin hökumətinin fəaliyyətini tənqid etməsi ilə tanınır. Hazırda o, özünün “media imperiyası”nı yaratmağı planlaşdırır. Lakin bu məqsədinə çatmaq üçün Taker Karlson “Fox News” ilə 2025-ci ildə başa çatacaq müqaviləsindən qurtulmalıdır.
Bəzi nəhəng Amerika KİV-i artıq Karlsona əvvəlki işindən daha yüksək maaşla müqavilə bağlamağı təklif edib. Həmçinin məlumata görə, “Fox News”un keçmiş aparıcısı sahibkar İlon Maskla birgə iş imkanı barədə müzakirələr aparıb.
Xatırladaq ki, aprelin sonunda “Fox News” qarşılıqlı razılaşma əsasında Taker Karlsonun kanaldan ayrıldığını elan edib. Bundan sonra isə telekanalın reytinqi kəskin şəkildə aşağı düşüb.
Mənbə: News.ru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.