Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyatda qırmızı kateqoriya ilə axtarışda olan İŞİD-in Türkiyədəki keçmiş valisi Şahap Variş də daxil olmaqla 4 terrorçu yaxalanıb.
Aparılan xüsusi əməliyyat nəticəsində yaxalanan terrorçular təhlükəsizlik bölmələrinə təhvil verilib.
Varişin Türkiyədə İŞİD-in həyata keçirməyi planlaşdırdığı və təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan bir çox terror aktları ilə əlaqəli olduğu müəyyən edilib.
Mənbə: Anadolu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.