AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti olub - FOTOLAR

  • + A
  • - A
  • 11-05-2023, 15:48

    Şuşada  “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti olub -



    Bakı, 11 may — Azadmedia.az


    Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti olub.

    Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində start götürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının mayın 10-da Cıdır düzündə qala-konserti olub.

    Qala-konsertdə festivalda iştirak edən ölkələrin incəsənət ustaları çıxış edib.

    Konsert çərçivəsində “Xarıbülbül” kompozisiyası, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan incəsənət ustalarının təqdimatında “Söz meydanı” vokal-instrumental kompozisiya, “Türk dünyası virtuozları” ansamblının ifasında “Çahargah bəhsi”, “Əfsanə Turan”, “Xalq xəzinəsi” kompozisiyaları və iştirakçı ölkələrin ifaları, rəqs qruplarının digər rəngarəng çıxışları təqdim edilib.

    Qala-konsert bütün iştirakçıların ifasında “Odlar yurdu Azərbaycan” kompozisiyası ilə başa çatıb.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR