AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Ukraynaya 1.2 milyard dollar dəyərində hərbi yardım verdi - Pentaqon

  • + A
  • - A
  • 12-05-2023, 09:48

    ABŞ Ukraynaya 1.2 milyard dollar dəyərində hərbi yardım verdi -


    Yeni hərbi yardım paketləri Ukrayna ordusunun apardığı hərbi əməliyyatların uğurlu olmasının əsas şərtidir. Amma elə silhalar, sursatlar, avadanlıqlar var ki, döyüş meydanında güc balansını kəskin dəyişdirir, belə silahlara Qərbdə “game changer weapon” deyilir.

    ABŞ-ın Ukraynaya 1.2 milyard dollar dəyərində ayırdığı son hərbi yardım paketini də məhz “game changer” hesab etmək olar.

    Bu paketi digərlərindən fərqləndirən nədir -

    Beləki, bu hərbi yardım paketi çərçivəsində Pentaqon Ukraynada olan bütün hava hücumundan müdafiə sistemlərinin inteqrasiyasını nəzərdə tutur. Bildiyiniz kimi, Ukrayna səmasını bir çox fərqli HHM sistemləri qoruyur. Qərb istehsallı sistemlərlə (İRİS-T, NASAMS, “Patriot”, “Crotale”) yanaşı çox sayda sovet istehsalı sistemlər (“Buk”, S-300 və s.) də mövcuddur. Ukraynada mövcud olan HHM sistemlərinin 80%-i sovet, 20%-i isə Qərb istehsalıdır və problem ondadır ki, onlar fərqli mexanizmlər üzərində fəaliyyət göstərirlər.

    Həmçinin Qərb istehsallı HHM sistemləri məlumatları (koordinatları, atılan raketlərin traektoriyasını) AWACS-dan (xəbərdarlıq və nəzarət avia-sistemi) alır. AWACS - xüsusi radiolokasiya təyyarələridir və bu təyyarələr çox böyük ərazini əhatə edərək səmada nəzarəti təmin edir. Rusiya-Ukrayna kontekstində isə Rusiya tərəfindən atılan raketlər dərhal AWACS tərəfindən aşkar edilir və koordinatlar, traektoriya Qərb istehsallı HHM sistemlərinə ötürülür. Bu məlumata əsasən, HHM sistemləri də həmin raketləri zərərsizləşdirir.

    Xatırladaq ki, Ukrayna HHM sistemləri fərqli prinsiplə fəaliyyət göstərir. Onların öz kiçik radiolokasiya stansiyaları var və səmaya nəzarət etmək üçün öz radarlarını işə salmaq məcburiyyətində olurlar. Problemlər də burdan başlayır.

    Qeyd edək ki, Ukraynanın radiolokasiya stansiyaları işə salınanda xüsusi şüalar buraxır və rusiyalıların Su-35S, Su-30SM qırıcıları bu şüaları aşkar edərək X-31 anti-radar raketlərilə bu stansiyaları məhv edə bilirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR