"Rusiyaya qarşı genişmiqyaslı hibrid müharibə gedir, rəqiblər Üçüncü Dünya Müharibəsinə, qlobal fəlakətə yol açır. Rusiya Federasiyası öz suverenliyini və ərazi bütövlüyünü, milyonlarla vətəndaşın təhlükəsizliyini qorumaq üçün əməliyyat keçirir".
Bu iddiaları Rusiyanın sabiq prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev səsləndirib.
"Beynəlxalq Cinayət Məhkəməsi əslində Rusiya əleyhinə işlərin aparılması üçün ABŞ hakimiyyət orqanlarından rüşvət alıb. Rusiyanın səbri sonsuz deyil, istənilən kompromislərin həddi var. Beynəlxalq hüquq işləmədikdə top, raket və artilleriya işləyir. Bütün sistemi qəsb etmək cəhdlərinə qarşı beynəlxalq və kollektiv təhlükəsizlik arxitekturasında müdafiə mexanizminin olmaması ölümcül səhvdir", - Medvedev iddialarını belə davam etdirib.
"Gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatı əsasında yurisdiksiya orqanları yarana bilər. Texasın ABŞ-dan və Şotlandiyanın Böyük Britaniyadan ayrılması gələcəyin işidir”, - o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.