AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AİHM Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi ilə bağlı iddianı rədd edib

  • + A
  • - A
  • 12-05-2023, 22:27

    AİHM Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi ilə bağlı iddianı rədd edib

    Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəkillərinin müvəkkilinin cəzasının təxirə salınması və onun müalicə üçün Varşava klinikasına köçürülməsi tələbi ilə bağlı iddiasını təmin etməyib. Gürcüstanda məhkum olunmuş eks-prezident Tbilisidəki “Vivamed” klinikasında müalicə olunur.
    “Bu gün Strasburq məhkəməsinin qərarı dərc edilib, ona əsasən, “Saakaşvili Gürcüstana qarşı” məhkum edilmiş Mixail Saakaşvilinin işində onun Varşavaya köçürülməsi rədd edilib”, – cənab Breqadze bildirib.

    Gürcüstan Ədliyyə Nazirliyinin rəhbəri aydınlaşdırıb ki, AİHM-in qərarı Gürcüstanı cənab Saakaşvilini müalicə üçün ölkə daxilində hər hansı digər tibb müəssisəsinə köçürməyə məcbur etmir.

    Cənab Breqadzenin sözlərinə görə, Gürcüstanın eks-prezidentinin Vivamed klinikasından yenidən həbsxanaya köçürülməsi həkimlər icazə verərsə, həyata keçiriləcək. “İndiki mərhələdə onun nə başqa klinikaya, nə də cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün heç bir obyektiv ilkin şərt yoxdur. Müvafiq olaraq, onun Vivamed klinikasında müalicəsi davam etdirilir”, - nazir vurğulayıb.

    Saakaşvilinin vəkilləri aprelin 11-də AİHM-ə həbsin dayandırılması ilə bağlı iddia qaldırıblar. İddia həkimlər şurasının rəyi ilə müşayiət olunur, ona görə cənab Saakaşvilinin bir sıra endokrinoloji və psixi xəstəlikləri var və təcili müalicəyə ehtiyacı var. Şuranın fikrincə, sabiq prezidentin hazırda Tbilisidəki elit “Vivamed” klinikasında keçdiyi müalicə kursu sağalmaq üçün kifayət etmir.
    2004-2013-cü illərdə Gürcüstana rəhbərlik etmiş Mixail Saakaşvili 2005-ci ildə müxalifətçi deputat və biznesmen Valeri Gelaşvilinin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları tərəfindən döyülməsini təşkil etməkdə təqsirli bilinərək Tbilisi məhkəməsi tərəfindən 2018-ci ildə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilib.

    Eks-prezident 2021-ci il sentyabrın 29-na keçən gecə Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb, bir neçə gün sonra həbs edilib. Bu il martın 5-də siyasətçi Gürcüstanda həbsdə qaldığı il yarım ərzində səhhətinin əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR