ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı (SOCOM) C-130 hərbi nəqliyyat təyyarəsinin dəniz variantının hazırlanması üçün Yaponiya ilə əməkdaşlıq edəcək.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının satınalmalar üzrə baş direktoru Cim Smit bildirib.
Belə ki, onun sözlərinə görə, ABŞ “ShinMaywa” US-2 dəniz yük təyyarəsinin hazırlanmasında Tokionun təcrübəsindən yararlanmağa çalışır.
Həmçinin “Yaponiya Hind-Sakit okean regionunda çox mühüm tərəfdaşdır və biz əlaqələrimizi inkişaf etdirmək istəyirik. Biz Yaponiyanın təcrübələrindən nə öyrənə biləcəyimizi görmək üçün tərəfdaşlıq əlaqələri inkişaf etdiririk”, - deyə Smit qeyd edib.
Qeyd edək ki, bu ilin fevral ayında “General Atomics” və “Aurora Flight Sciences” dənizdə qalxıb enə bilən bir təyyarə istehsal etmək üçün müqavilə imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.