Hazırda öz sektorlarında iki aparıcı şirkət olan “Embraer” (Braziliya) və “Saab” (İsveç) dünya miqyasında diqqəti cəlb edən tərəfdaşlığa imza atıb.
Azadmedia.az xəbər verir ki, şirkətlər Braziliyanın San-Paulu əyalətinin Gavião Peixoto şəhərində “Gripen E” döyüş təyyarələrinin istehsal olunacağı yeni bir istehsal xətti açıb.
Belə ki, qurulan xüsusi xətt “Embraer”ə məxsus böyük bir fabrikdə yerləşir.
Qeyd edək ki, istehsal xəttinin açılış mərasimində hər iki ölkədən bir çox hərbi və mülki yüksək səviyyəli rəhbərlər bir araya gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.